Azərbaycanda bu universitetin tədris binasının təmirinə 1,8 milyon manat sərf olunacaq
04
apr
2025
10:01
Bakı Slavyan Universitetinin (BSU) tədris binasında təmir işləri aparılacaq.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, təmir işləri universitetin birinci və ikinci tədris binalarını, eləcə də, yataqxanasını əhatə edəcək.
Belə ki, artıq bununla bağlı BSU müvafiq işlərə başlayıb.
Universitet hazırda təmir işlərini aparacaq şirkət axtarışındadır.
Eyni zamanda, BSU sözügedən işlərin icrası ilə bağlı müqavilə bağlayacağı şirkətə 1,8 milyon manat ödəməyə hazır olduğunu da bildirir.
Oxşar xəbərlər
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 9 radələrindən başl...