Azərbaycanda bu universitet üçün yeni bina tikiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran Dövlət Universiteti (LDU) üçün yeni tədris binası inşa olunacaq.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, inşası planlaşdırılan yeni bina H.Z.Tağıyev küçəsi, 118 ünvanında yerləşəcək.
LDU-nun həmin ünvanda yerləşən yataqxana və tədris binasının həyətində tikiləcək 5 mərtəbəli yeni tədris binasının layihə smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Qeyd edək ki, ali məktəbin H.Aslanov 50 ünvanında da əlavə binasının tikintisi ilə bağlı hazırlıq işləri paralel olaraq davam etdirilir. Tikintisi planlaşdırılan bu bina isə 2 mərtəbəli olacaq.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq
Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitə...