Azərbaycanda bu şəxslərə əlavə məzuniyyətə görə kompensasiya verilməyəcək
İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi qaydalarında dəyişiklik ediləcək.
BAKU.WS "Trend"ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, əmək münasibətlərinə xitam verilərkən uşaqlı qadınlar və işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlərə görə kompensasiya verilməyəcək.
Mövcud qanunvericiliyə görə, əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə verilən əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya verilmir.
Oxşar xəbərlər
SOCAR ABŞ şirkəti ilə hasilatın səmərəliliyinin artırılmasını müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın "Halliburton" şirkəti arasında neft-qaz yataqlarının işlənməsi, hasilatın səmərəliliyinin artırılması, rəqəmsal...