Azərbaycanda bu kənddə 26 sakində koronavirus aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunun 5 kəndində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunur.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunlar Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar kəndləridir.
Qeyd olunan ərazilər arasında ən çox yoluxma hallarının Ağdaş kəndində olduğu bildirilir. Məlumata görə, bu kənddə 26 nəfərdə koronavirus aşkar edilib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları bu kəndlərdə olublar. Sakinlərdən yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar yaxma analizləri götürülüb.
Qeyd edək ki, bir müddət öncə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası koronavirus xəstələrinin müalicə olunduğu xüsusi rejimli xəstəxanaya çevrilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...