Azərbaycanda bir gündə 548 nəfər COVID-19-a yoluxub, 10 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 548 yeni yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 22464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7505, ötən müddət ərzində isə ümumilikdə 544735 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda daha 329 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib
Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılı...