Azərbaycanda 250-dən çox məsciddə mini kitabxanalar yaradılacaq

Azərbaycanda 250-dən çox məsciddə mini kitabxanalar yaradılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məlumat verib. O, Şamaxı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda konfransda çıxış edib.
Gündüz İsmayılov qeyd edib ki, qısa müddət ərzində ölkədə 250-dən çox məsciddə mini kitabxanalar qurulacaq. Bu kitabxanalarda yalnız dini ədəbiyyat deyil, eyni zamanda Azərbaycan klassiklərinin əsərləri də yer alacaq.
Sədr müavini bildirib ki, kitabxanaların rəfləri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təmin olunacaq. Məqsəd dini maarifləndirmə ilə yanaşı, milli-mənəvi dəyərlərin təbliğini gücləndirməkdir.
Oxşar xəbərlər
Novxanıdakı piyada keçidinin varlığı yoxluğundan daha təhlükəlidir
"Necə olmalıdır?" rubrikasının növbəti buraxılışı yayımlanıb. Bu dəfə Novxanı dənizkənarı yolunda piyadaların üzləşdiyi təhlükəli vəziyyətdən bəhs olunub. Bildi...