Azərbaycanda 11 noyabrda 111 111 ağac əkiləcək - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qardaş Türkiyənin "Gələcəyə nəfəs!" şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən genişmiqyaslı ağacəkmə aksiyası ölkəmizdə də ənənəyə çevrilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova qardaş Türkiyədə hər il 11-ci ayın 11-ci günündə keçirilən bu təşəbbüsə ölkəmizin növbəti dəfə də böyük ruh yüksəkliyi ilə qoşulacağını bildirib:
“Bu il də Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək, bütün ölkə ərazisində 111 111 ağac əkməklə bu nəcib aksiyaya töhfə verəcəyik”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan 2020-ci ildən başlayaraq Türkiyənin “Gələcəyə nəfəs” adlı ağacəkmə təşəbbüsünə qoşulub və ölkənin bütün bölgələrində kütləvi ağacəkmə aksiyaları keçirib:
“Bu cür irimiqyaslı aksiyaların keçirilməsi yaşıllıqların genişləndirilməsi ilə yanaşı, iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün ölkəmizin qoşulduğu təşəbbüslərə dəstəkdir”.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...