Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyəsinə başlanılır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası vətəndaşlarının Macarıstandan təxliyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün, 18 mart tarixdə saat 20:00-da Budapeşt hava limanından yola düşməsi planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.
“Bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixdən 31 mart tarixədək WizzAir şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyəsi təmin ediləcək. Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin budapest@mission.mfa.gov.az ünvanına göndərmələri və saat 16:00-da Budapeşt hava limanında olmaları zəruridir”, - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
İtaliyadakı Azərbaycan vətəndaşları xüsusi geyimdə təxliyə olundular - VİDEO/FOTO (YENİLƏNİB)
Azərbaycanın İtaliyadakı Səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib. BAKU.WS xəbər verir ki, müraciətdə 17 mart 2020-ci il tarixində saat 20:...