İtaliyadakı Azərbaycan vətəndaşları xüsusi geyimdə təxliyə olundular - VİDEO/FOTO (YENİLƏNİB)
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın İtaliyadakı Səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib.
BAKU.WS xəbər verir ki, müraciətdə 17 mart 2020-ci il tarixində saat 20:00-da Roma şəhərinin Fiumicino hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna AHY4231 nömrəli birbaşa çarter reysinin həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilir.
“İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Səfirliyə müraciət edərək qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşlarının saat 16:00-dan etibarən Fiumicino hava limanının 3-cü terminalında 326-327-328 saylı qeydiyyat masalarına yaxınlaşmaları və növbə gözləyərkən öz aralarında bir metrlik təhlükəsizlik məsafəsinə riayət etmələri xahiş olunur”.
Zərurət yaranacağı təqdirdə vətəndaşlardan səfirliyin aşağıdakı nömrələri ilə əlaqə saxlamaları rica olunur.
Telefon nömrəsi: 06 85305557, Qaynar xətt: 349 8155582.
İtaliyada oxuyan azərbaycanlı tələbələr Vətənə təxliyə edilmələri üçün təşkil olunan çarter reyslərə görə Azərbaycan rəhbərliyinə təşəkkür ediblər.
Təxliyə olunan Azərbaycan vətəndaşları xüsusi geyimlə təchiz olunublar.
Oxşar xəbərlər
Azərbaycandakı səfirliklər koronavirusa görə fəaliyyətində dəyişikliklər edib
Pakistanın Azərbaycandakı səfirliyi “COVID-19” pandemiyası ilə əlaqədar konsulluq xidmətini dayandırdığını açıqlayıb. BAKU.WS-in məlumatına görə, səfirlikdən AP...