Azərbaycan Tibb Universitetinə yeni prorektor təyin edilib
Azərbaycan Tibb Universitetində (ATU) rəhbər heyətdə yeni təyinat gerçəkləşib.
BAKU.WS xəbər verir ki, universitetin rəsmi məlumatına görə, Anar Əzəm oğlu Ağayev ATU-nun Tədris işləri üzrə prorektoru vəzifəsinə gətirilib.
Anar Ağayev uzun illər tibb təhsili və səhiyyə idarəçiliyi sahəsində çalışıb. O, 2001-ci ildə Azərbaycan Tibb Universitetində əmək fəaliyyətinə başlayaraq müxtəlif vəzifələrdə – baş laborant, stajor-assistent, müəllim və dekan müavini kimi fəaliyyət göstərib. 2008-2017-ci illərdə dekan müavini, 2017-2022-ci illərdə isə dekan vəzifəsində çalışıb. 2018-ci ildən professor elmi adını daşıyır.
A.Ağayevin fəaliyyəti yalnız ATU ilə məhdudlaşmayıb. O, 2022-2025-ci illər ərzində TƏBİB-də müxtəlif rəhbər vəzifələrdə işləyib. Son olaraq TƏBİB-in İcraçı direktorunun müşaviri olub.
5 sentyabr 2025-ci ildən etibarən Anar Ağayev Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru kimi fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Paytaxtda bəzi küçələrdə sıxlıq müşahidə olunur
Axşam saatlarında Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı...