Azərbaycan hökuməti daha 230 vətəndaşını təxliyə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
Məlumata görə, martın 24-də AZAL Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarılıb.
Ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.
Oxşar xəbərlər
AZAL Moskva və İstanbuldan daha 296 nəfəri təxliyyə edib
Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə bir sıra ölkələrlə hava nəqliyyatı müvəqqəti olaraq dayandırıldığı...