Azərbaycan gəncləri planetin gələcəyinə necə töhfə verirlər?
"COP BAKU" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əhəmiyyətindən bəhs edilib.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2021-ci ildə yaradılan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi 2022-ci ilin 29 iyulunda Şuşa sazişi ilə təşkilata çevrilib.
Vurğulanıb ki, bu təşkilat hazırda dünyanın iqlim dəyişikliyinə qarşı mübarizəsində gənclərin, uşaqların haqq səsini ifadə edən ən təsirli platformalardan biri hesab edilir.
Həmçinin bildirilib ki, Qoşulmama Hərəkatı gəncləri ötən il keçirilən COP29 tədbirində iqlim maliyyəsi ilə bağlı önəmli təkliflər irəli sürüblər. Bu, dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın gəncin təşkilatlanmış şəkildə vacib təşəbbüsü kimi tarixə düşüb.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Sirk fəaliyyətini çadırda davam etdirir: Əsas bina təmir olunacaq?
Bakı Dövlət Sirkinin (BDS) binası xeyli müddətdir ki, qapalıdır. Sirk hazırda fəaliyyətini Avropadan gətirilmiş və Dənizkənarı Bulvar ərazisində - Su İdman Sara...