Azərbaycan elektrikli avtobusların istehsalına başlayır - DƏQİQ TARİX
Sumqayıtda müasir standratlara cavab verən elektrikli avtobusların istehsalına başlanılacaq.
BAKU.WS xəbər verir ki, istehsal müəssisəsinin Sumqayıt Kimya Sənaye Parkında Çinin "BYD" şirkəti tərəfindən fəaliyyətə başlaması nəzərdə tutulur.
May ayından etibarən ilk elektrikli avtobusların yığımına başlanılacaq.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyyətinin sədr müavini Emil Hacıyev "Xəzər Xəbər"ə bildirib ki, illik istehsal gücü 300 ədəd elektrikli avtobus istehsalı təşkil edəcək müəssisədə ilkin mərhələdə bir istehsal xəttində 5 ədəd avtobusun yığılması nəzərdə tutulur.
Layihə ümumilikdə 2 mərhələyə bölünüb. Proses 2030-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edilib ki, yeni avtobuslar ilk olaraq Bakıda müntəzəm avtobus marşrutlarında, daha sonra isə digər şəhər və rayonlarda istifadəyə veriləcək.
Oxşar xəbərlər
Azərbaycana Yaxın Şərqdən turist axını 22 %-ə yaxın artıb
Bu ilin yanvar ayında Azərbaycana Yaxın Şərq ölkələrindən 26 240 turist gəlib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisəd...