AZAL: "Təxliyyə reysləri hər gün olacaq"

AZAL: Təxliyyə reysləri hər gün olacaq
Sosial 107

Prezident İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyyə reysləri yerinə yetirəcək.

Bu barədə BAKU.WS-ə AZAL-dan bildirilib.

Məlumata görə, Azərbaycan vətəndaşlarının təxliyyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.

Martın 1-də AZAL artıq təxliyyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.

Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər