Azad edilmiş ərazilərə Böyük Qayıdışa dair fləşmob keçirilib

Azad edilmiş ərazilərə Böyük Qayıdışa dair fləşmob keçirilib
Video
Sosial 6

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdış çərçivəsində azad edilmiş ərazilərə qayıdışını əks etdirən videoçarxların paytaxtın reklam lövhələrində nümayişi ilə bağlı fləşmob keçirilib.

Bu barədə BAKU.WS-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, fləşmob sakinlər arasında maarifləndirmə işi aparmaq üçün həyata keçirilən təşəbbüsün bir hissəsidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, azad olunmuş ərazilərə Böyük Qayıdış proqramının icrası sürətlə davam edir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir və hazırda həmin ərazilərdə 62 mindən çox vətəndaş yaşayır, çalışır və fəaliyyət göstərir.

Son xəbərlər