Telefonla danışaraq 18 saylı avtobusu idarə edən sürücü ilə bağlı TƏDBİR GÖRÜLDÜ
18 saylı avtobusu sürücüsü ilə bağlı tədbir görülüb.
Məsələ ilə bağlı BAKU.WS-in sorğusunu cavablandıran "Xaliq Faiqoğlu" MMC-nin mətbuat xidmətindən bildirilib ki, hadisədən məlumatlıdırlar və bununla bağlı artıq tədbir görülüb.
"Avtobus sürücüsü ofisə dəvət olunub. Bu kimi hallarla bağlı aidiyyəti dövlət qurumu tərəfindən də müvafiq tədbirlər görülür", – deyə qurumdan qeyd edilib.
***14:41
Memar Elçin Əliyev paytaxtda ictimai nəqliyyatda qarşılaşdığı hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, səhər saatlarında 18 nömrəli marşrut avtobusunda hərəkət edərkən sürücünün bütün yol boyu bir əli ilə avtobusu idarə etdiyini, digər əlində isə telefon tutaraq danışdığını bildirib.
Elçin Əliyevin sözlərinə görə, avtobus "Sahil" metro stansiyasından Uroloji Xəstəxanaya qədər hərəkət etdiyi müddətdə sürücü telefon danışığını dayandırmayıb.
"Avtobus bir neçə dəfə az qala aşırdı. Amma mən şikayət etmirəm – başa düşürəm ki, hər şey dərhal alınmır. Əsas odur ki, bizi məktəbə sağ-salamat çatdırdılar", – deyə o, paylaşımında qeyd edib.
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...