Aytənin həyatını xilas etmək üçün kömək edək! - 20 min AZN lazımdır (FOTO)
05
fev
2018
11:01
Kərimova Aytən İlham qızı III dərəcəli metastazlı xərçəng xəstəliyindən əziyyət çəkir.Həkimlərin diaqnozuna əsasən şiddətli ağrıların nəticəsində əvvəlcə 17.08.2017-ci il tarixdə uşaqlıq yumurtalıqıarından, 08.09.2017-ci il tarixdə uşaqlığın götürülməsi və 22.09.2017-ci il tarixdə bağırsaq keçməzliyinə görə ard-arda 3 əməliyyat keçirmiş, xəstəlik şiddətlə irəliləyərək 2-ci dərəcədən 3-cü dərəcəyə qədər artmışdır. Əməliyyatlardan dərhal sonra Türkiyədə Acıbadəm xəstəxanasında müayinə olunan və orada 2 dəfə kimyaterapiya alan Aytənin təəssüf ki, vəziyyəti daha da kəskinləşmişdir.Bakıya qayıdaraq müalicəsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında davam etdirən Aytənə həkimlər hər həftə bahalı kimyaterapiya təyin ediblər. Dostlar, yuxarda da qeyd etdiyimiz kimi Aytən son 6 ay ərzində çox çətin əməliyyatlar və güclü müalicə və müayinələrdən keçmişdir. Artıq ailənin maddi vəziyyəti tükənmişdir. Buna görə də Aytənin hamımızın maddi dəstəyinə ehtiyacı var!Aytən hələ bugündən sonra ən azı 8 kimyaterapiya almalı və daha 2 əməliyyat keçirtməlidir. Gəlin, 27 yaşlı gənc və azyaşlı övlad anası olan Aytənə öməyimizi əsirgəməyək. Ümumiyyətlə Aytənə 20.000 AZN məbləğində yardım edilməlidir. Xərclənən pullar barədə qaimələr səhifədə paylaşılacaq. Hesab haqqında məlumat aşağıda qeyd olunub. MilliÖn və hesab.azdan ödəyə bilərsiniz. Bank Respublika.Hesab nömrəsi 380194400228925001Şəxsiyyət vəsiqəsinin nömrəsi 17294789Əlaqə: 0702849977 (Xalid - həyat yoldaşı)0553553288 (Camal - qardaşı)
Oxşar xəbərlər
22 yaşlı azərbaycanlı oğlan üçün kampaniya başladı (FOTO)
Onkoloji xəstəlikdən əziyyət çəkən Sabir Hacıyevin həyatda qalması üçün maddi yardıma ehtiyacı var.Bu barədə BAKU.WS-ə S.Hacıyevin anası Dilrubə Hacıyeva məluma...