200 manat maaşa işləyən ata övladını yaşatmaq üçün hər şeyini satdı (VİDEO)

200 manat maaşa işləyən ata övladını yaşatmaq üçün hər şeyini satdı (VİDEO)
Video
Şou-biznes 21124

Xərçəng xəstəsi uşaqları Tahirin şəfa tapması ümidiylə Türkiyəyə gələn azərbaycanlı ailə maddi imkansızlıqlar səbəbiylə müalicəni davam etdirməkdə çətinlik çəkir.

BAKU.WS-in məlumatına görə, Naxçıvanda yaşayan Səbuhi və Gültəkin Cavadovlar ailəsinin 2,5 yaşındakı uşaqları Tahirə hələ 4 aylıq olarkən neuroblastoma xərçəngi diaqnozu qoyulub.

Ailə Naxçıvanda xəstəliyə çarə tapa bilmədiyi üçün Türkiyəyə getmək qərarı verib. Uşaqlarının sağlamlığına qovuşması üçün bütün var-dövlətini satmaq məcburiyyətində qalan Cavadov ailəsi təxminən 2 ildir Türkiyə gedib-gəlir. 

Bütün pulu qurtaran ailə təkrar Naxçıvana dönə bilməyib. Ankarada qaldıqları otelin pulunu da ödəyə bilməyən ailə nəticədə çöldə qalıb. Ailənin imdadına isə Altındağ Bələdiyyəsi yetişib. Cavadovlar ailəsinin yaşadığı çətinlikdən xəbərdar olan bələdiyyə nümayəndələri çətin vəziyyətdəki xəstə və yaxınlarını qonaq edib. Ailə sığınma problemini həll etməsinə baxmayaraq bu dəfə də müalicə xərclərini qarşılaya bilmədiyi üçün xəstəxanaya borclanıb.

Yaşadıqlarını Anadolu Agentliyinə danışan ata Səbuhi Cavadov oğlu Tahirin hələ 4 aylıq olarkən qarınında şişlik ortaya çıxdığını, həkimə apardıqlarında xərçəng diaqnozu qoyulduğunu bildirib.

Naxçıvanda onkoloji xəstəxana olmadığını, müalicə üçün ilk olaraq Ərzuruma, oradan da Hacettepe Universiteti Tibb Fakültəsi Xəstəxanasına gəldiklərini deyən Səbuhi Azərbaycana döndükdən sonra uşağın vəziyyətinin getdikcə pisləşdiyini söyləyib. 

Naxçıvanda ayda 200 AZN maaşa çalışdığını ifadə edən Cavadov müalicə üçün gəldikləri Türkiyədə otel xərcləri də daxil olmaqla 30 min lirədən (15 min AZN) çox pul xərclədiklərini bildirib.

Pulları bitdikdən sonra ölkələrinə geri döndüklərini deyən Cavadov sözlərinə belə davam edib: "Oradakı həkimlər "kimyaterapiya almazsa, yaşamaz" dedi. Kəndimizdə geri döndükdən bir müddət sonra yaxşılaşdığını zənn etdik. Üzündə şişlik ortaya çıxında Ərzuruma apardıq, orada yenə onkoloji xəstəxanaya getməyimizi söylədilər. O zaman kimyaterapiya ala bilsəydi bitəcəkdi. Əməliyyat olması və şüa müalicəsi alması lazım olduğu deyildi. Pulumuz yox, kəndə də geri dönə bilmirik, hər kəsə borçcandım. Əlimizdə nə var, nə yox hamısını satdıq, pulsuz qaldıq. Burada olduğumuz üçün maaş ala bilmirəm. Kömək etsələr çox xoşbəxt olarıq. Xilas olma şansı da var. İmkanı olan şəxslərdən uşağımız üçün kömək istəyirik. Uşağımızın sağlamlığına qovuşma şansı var, ancaq pulumuz yoxdur." 

Səbuhi deyir ki, Tahir bacısı və babası üçün çox darıxır: "Müalicə əsnasında çox sıxılır, xəstəxanadan çıxıanda "Ata buradan qaçaq. Həkimlər bizi görməsin, yaxalasalar bizi buraxmazlar" deyir".

Tahirin müalicəsi üçün kimyaterapiya müalicəsi alması vacibdir. Müalicə xərci isə ən az 2 min manatı ötür. Cavadovlar ailəsi övladlarını xilas edə bilmək üçün mərhəmətli insanlardan yardım gözləyir. 

 

Nazim Babayev

BAKU.WS

Son xəbərlər