Bu gün vəfat edən rejissorun son VİDEOsu
Bir neçə saat əvvəl dünyasını dəyişən rejissor Şahin Zəkizadənin son müsahibəsindən olan video yayılıb.
BAKU.WS xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən rejissor bir neçə müddət əvvəl ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olub. Verilişdə Zəkizadə övladları ilə birlikdə iştirak edib.
Heydər Əliyev fondunun dəstəyi ilə müalicə alan rejissorun vəziyyəti bir müddət əvvəl yaxşılaşsa da qəfil xəstəlik gerdi qayıdıb və o komaya düşüb. Bir neçə gün komada qalan rejissor bu gün müalicə aldığı Tədris Terapevtik Klinikasında dünyasını dəyişib.
Xatırladaq ki, qan xərçəngindən əziyyət çəkən rejissorun həyat yoldaşı Səbinə Zəkizadə bir müddət əvvəl həyat yoldaşının sağalması üçün 20 min manat vəsaitin tələb olunduğunu bildirib. Müalicəsinin Türkiyədə mümkün olduğunu söyləyən rjissorun həyat yoldaşı imkanlı şəxslərdən yardım istəyib. Daha sonra isə onun müalicəsini Heydər Əliyev fondu öhdəsinə götürüb.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Şahin Zəkizadənin ölümü ilə bağlı yanlış məlumat verilib (YENİLƏNİB)
Uzun müddətdir ki, qan xərçəngindən əziyyət çəkən Şahin Zəkizadə vəfat edib. BAKU.WS-in məlumatına görə, bu barədə rejissorun yaxınları sosial şəbəkədə məlumat...