Şahin Zəkizadənin son vəziyyəti haqda məlumat (VİDEO)
Sentyabr ayından etbarən kəskin limfoblastik leykoz xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadə bir neçə gün əvvəl Azərbaycan Tibb Universitetinin Tədris Trepevtik klinikasının reanimasiya şöbsinə yerləşdirilib.
BAKU.WS-in Asan xidmətin radiosuna istinadən verdiyi xəbərə görə, hepatoloq və reanimatoloq tərəfindən bütün mümkün tədbirlər görülür. Hazırda Şahin Zəkizadə dərin komadadır, vəziyyəti ağırdır. Amma həkimlər xəstənin vəziyyətinin düzələcəyinə ümid edirlər. Həkimin sözlərinə görə, xəstəyə bütün müasir müalicə üsullarının tətbiq edilməsinə baxnayaraq xəstəlik bir müddətdən sonra daha da aqressivləşərək inkişaf edib.
Onun gələcək vəziyyətinin necə olacağını isə yalnız vaxt göstərəcək. Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə isə Şahinin vəziyyətinin düzələcəyinə və onun sağalcağına ümid etdiyini bildirib.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Şahin Zəkizadə komaya düşdü
Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə komaya düşüb. BAKU.WS axşam.az-a istinadən məlumatına görə, bu haqda rejissorun xanımı Səbinə Zəkizadə...