Həkimlər Şahin Zəkizadəyə 24 saat vaxt qoyub

Həkimlər Şahin Zəkizadəyə 24 saat vaxt qoyub
Şou-biznes 7172

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin vəziyyəti pisləşib. 

BAKU.WS-nin Axşam.az -a istinadən məlumatına görə, rejissorun xanımı Səbinə Zəkizadə Şahin Zəkizadənin hazırda həkim nəzarətində olduğunu bildirib:

"Allahım bizə möcüzə ver, Şahinin vəziyyəti pisləşdi, yaxşı deyil. Ötən gün hərarəti 40-ı keçdi. İnfeksiya tutub. Əslində yanına heç kimi buraxmırdılar, necə oldu bilmirəm. Həkim deyir ki, adi bir toz belə bu səviyyəyə gətirib çıxara bilər. Təzyiqi də düşüb. Qan vurdular, hələ düzəlməyib. Həkimlər 24 saat vaxt qoyub, ayağa qaldıracaqlar. Əgər bu gün hərarəti düşməsə, reanimatsiyaya yerləşdiriləcək. Bu da çox pis haldır. Müalicəsinin üçüncü mərhələsində kimyaterapiya alırdı. İkinci kimyaterapiyaya qədər yaxşı idi. Amma üçüncüdən sonra belə pisləşdi".

BAKU.WS

Son xəbərlər