Avtosalon səkini zəbt etdi: "Yolu keçə, mağazaya gedə bilmirik"
Xətai rayonu, Babək prospektində "Electric Auto" adı altında fəaliyyət göstərən avtosalon piyadalar üçün nəzərdə tutulan səkini zəbt edib.
Belə ki, avtosalona məxsus maşınlar piyada səkisinin üzərinə park edilib. Bu isə sakinlərin sərbəst şəkildə hərəkətinə mane olur. Həmçinin onları avtomobil yoluna çıxmağa vadar edir ki, bu da təhlükəsizlik baxımından ciddi risk yaradır.
Sakinlər bununla bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Hər gün bu ərazidə təhlükəli hadisələr baş verir. Buradan keçmək mümkün deyil", - vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib: "Maşınlar hərəkət etməyimizə çətinlik yaradır. Yolu keçə, mağazaya gedə bilmirik. Burada vəziyyət gərgindir".
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə BAKU.WS-ə ...