Avtobuslarda gediş haqqının artırılacağı ilə bağlı iddialara RƏSMİ CAVAB
26
okt
2017
16:17
Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.Agentlikdən BAKU.WS-ə bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır:"Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı - Azərbaycan Tarif (qiymət) Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil".BAKU.WS
Oxşar xəbərlər
Metro və avtobuslarda gediş haqqı artırılır? - Tarif Şurası AÇIQLADI
Bakı Metropolitenində və şəhərdaxili marşrut avtobuslarında gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb. Bu barədə Trend-ə...