Avtobus zolaqlarının artırılması tıxacları azalda bilər? - AÇIQLAMA

Avtobus zolaqlarının artırılması tıxacları azalda bilər? - AÇIQLAMA
Sosial 112

"Avtobus zolaqlarının artırılması tıxacları azalda bilməz. Çünki avtobus zolaqları artırıldıqca, əksinə yollarda tıxac daha da çoxalacaq. Çünki hələ də insanların böyük hissəsi öz şəxsi avtomobili ilə hərəkətdədir. Avtovusların sayı yetərincə deyil. İnterval üzrə gecikmələr baş verir. Müəyyən digər problemlər də var".

Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Ekspertin sözlərinə görə, əgər gələcəkdə xəttə buraxılan marşurutlar yenidirsə və sərnişinlərin rahatlığını təmin edərsə, onlar istədikləri ünvana vaxtında çatarsa bu zaman avtobus zolaqlarının artırılması barədə düşünülə bilər:

"Zolaqlar sadəcə avtobusların vaxtında fasiləsiz şəkildə ünvana çatması üçün yaradılıb. Onlar gələcəkdə tıxaca hər hansı bir təsir göstərə bilər: məsələn insanlar baxıb görəcəklər ki, avtobusların sayı artıb, rahatdır, təzədir, kondisioneri var yayda, qışda insanlar əziyyət çəkmir o zaman yavaş yavaş şəxsi avtomobillərindən imtina edib, ictimai nəqliyyata üstünlük verəcəklər. Yəni saatlarla tıxacda qalmaqdansa, ictimai nəqliyyatı seçəcəklər. Bu gələcəyə doğru planlanan bir strategiyadır".

Elməddin Muradlı onu da bildirib ki, bu günkü gündə avtobus zolağının çəkilməsi tıxac problemini həll etməyəcək:

"Bu doğru anlayış deyil. Yəni fiziki olaraq da düzgün qiymətləndirilən məsələ deyil. Sadəcə ictimai nəqliyyat üçün bu zolaqlar olmalıdır və yaradılmalıdır və yaradılır da... Çünki avtobuslar kütləvi sərnişin daşıma fəaliyyəti göstərən nəqliyyat növləridir və onlar fasiləsiz hərəkət etməlidir. Gələcəkdə say artdıqca yəqin ki, komfort və digər məsələlər öz həllini tapdıqca ictimai nəqliyyata daha çox üstünlük veriləcək".

Şəhanə Xankişiyeva

Son xəbərlər