Audi Bakı Mərkəzinin yeni rəsmi web saytı fəaliyyətə başlayıb
22
fev
2018
14:34
Yerli Audisevərlərin çoxdandı gözlədiyi Audi AG-nin standartlarına uyğun yeni audi.az saytı istifadəyə verildi.Yeni saytda artıq hər model üçün ayrı ayrılıqda bölmə yaradılıb. Bu bölmələrdə hər modelin standart və ekstra opsiyaları detallı şəkildə qeyd olunub. Həmçinin avtomobilin mühərrik gücü, sərfiyyatı və performansı barədə də məlumatları texniki göstəricilər bölməsində tapa bilərsiniz.Qiymətlər isə çox rahat şəkildə hər model üçün ayrı ayrılıqda göstərilib və günün məzənnəsinə uyğun qiymətlər avrodan manata avtomatik dəyişilir.
Konfiquratora girib, avtomobilinizin təchizatını sərbəst şəkildə yığmağa tənbəllik edirsiniz isə, üstəlik sifariş etdiyiniz üç ay gözləməyə hövsələniz çatmırsa, dilerin sizin üçün yığdığı modelə nəzər sala bilrəsiniz.Yerli dilerin satış xidmətinin müştərilərin arzu və tələbləri ilə yaxşı tanış olduğundan, artıq tələb edilən avadanlığı seçib, onu özünün müəyyən etdiyi təchizat səviyyəsində alıcılara təklif edir. Ən maraqlısı da odur ki, hansı təchizat səviyyəsini seçirsiniz isə seçin, sizin avtomobiliniz sayta nümayiş etdirilən modellə eyni olacaqdır. Əlbəttə ki, kuzov rəngi istisna olamaqla. Yəni, avtomobilin xarici və daxili tərtibartı sayta göstərilən kimi olacaqdır. Xeyr, illahi ki, öz avtomobilimi özüm seçəcəm deyirsiniz isə, o zaman birbaşa Audi Bakı Mərkəzinə yollanmanız caizdir.Bundan əlavə Audisevərlərin çoxdandı səbirsizliklə gözlədikləri premium biznes sedanlar- A8 L Lux və A8 L Premium modellər barədə də məlumatları yeni audi.az saytında ala bilərsiniz.
Sonda onu da qeyd edək ki, Audi Bakı Mərkəzi bu il öz müştərilərini təkcə yenilənmiş və istifadədə daha praktik və rahat saytın hazırlanması ilə yox, həmçinin bu ilin aprel ayında Şərqi Avropanın və Qafqazın ən böyük avtosalonunun açılışı ilə sevindirəcək. Artıq Audisevərlər dünyada Audi brendinin standartlarına uyğun həm avtosalondan, həmdə ki servisdən yararlana biləcəklər.BAKU.WS
Oxşar xəbərlər
Audi, yeni Q7 modelini əldə etməyin 7 səbəbini açıqladı (VİDEO)
1. Güclü və qanaətcil mühərrik: 2.0 TFSİ - 252 at gücü, sərfiyyat: 8.9/6.5/7.42. 0-100 km/s sürətlənmə: 6.9 san 3. Daimi tam çəkim: quattro4. Sinfində ən geniş...