ATV-nin bütün əməkdaşları koronavirus testi edilir - VİDEO

ATV telekanalının 2 əməkdaşında koronavirus infeksiyası aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bunla bağlı "ATV xəbər"də süjet yayımlanıb. Aparıcı Lalə Azərtaş bildirib ki, ATV-nin bütün əməkdaşları koronavirus testindən keçib:
"Bir neçə gün əvvəl Azad Azərbaycan Müstəqil Teleradio kompaniyasının iki əməkdaşının evdə hərarəti yüksəlib və test veriblər. Nəticə müsbət çıxıb. ATV rəhbərliyi telekanala tibbi briqada dəvət edib və bütün əməkdaşlar testdən keçirilir.
İlkin olaraq 100 əməkdaşda koronavirus testi edilib. Onlardan ikisi müsbət çıxıb. Telekanalın digər əməkdaşları da növbəli şəkildə testdən keçirlər".
Oxşar xəbərlər
Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərə əlavə bu qədər pul ödənildi
Azərbaycan Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli sərəncamına və Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olara...