ATV #evdəqal həştəqini loqosu ilə eyniləşdirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Efirdə ATV telekanalının loqosu ilə yanaşı #EVDƏQAL həştəqi yerləşdirilib.
BAKU.WS xəbər verir ki, əhalini operativ surətdə son durum və operativ qərargahın zəruri tədbirləri haqqında məlumatlandırmaq məqsədilə hər saatın tamamında express xəbər buraxılışlarından sonra bu addım ATV-nin koronavirusa qarşı mübarizədə dövlət qurumlarının gürdüyü işlərə növbəti dəstək tədbiridir.
#EVDƏQAL nişanını loqosu ilə yanaşı yerləşdirməklə ATV telekanalı efiri vasitəsilə əhalinin diqqətini koronavirusun yayılma zəncirini qırmağın vacibliyinə yönəltmək istədiyini bildirib.
Virusa yoluxma ehtimalını azaltmaq üçün insanlar yaxın təmaslardan çəkinməlidirlər. Məhz evdə qalmaqla, sosial izolyasiya tədbirləri ilə bağlı dövlət qurumlarının tövsiyələrinə əməl etməklə koronavirusun kütləvi yayılmasının qarşısını almaq mümkündür.
“Azad Azərbaycan” Müstəqil Tele-Radio kompaniyası koronavirus təhlükəsi mövcud olan ilk gündən verilişlərinin böyük qismini əhalinin maarifləndirilməsinə və önləyici qorunma tədbirlərinin təbliğinə həsr edib.
Oxşar xəbərlər
Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır
Çinin Azərbaycandakı səfiri Guo Min yeni növ koronavirus pnevmaniyası ilə bağlı Azərbaycanın əsas media nümayəndələrinə birgə yazılı müsahibə verib. BAKU.WS müs...