At və uzunqulaq əti mal əti adı altında satılır? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunun Xanagah kəndindəki meşəlik ərazidə at və uzunqulaq leşləri aşkar edilib.
Sözügedən ərazidə antisanitar vəziyyət hökm sürür.
Leş və sümüklər 4-5 metr dərinliyi olan xəndəyə atılıb. İddia edilir ki, həmin heyvanlar kəsilərək mal əti adı altında satılır.
İddialara görə, heyvanların leşi əraziyə yük maşınları tərəfindən boşaldılır.
Məsələ ilə bağlı Şamaxı Regional Meşə Təsərrüfat Mərkəzindən "Xəzər Xəbər"ə verilən məlumata görə, əraziyə baxış keçirilib. Hadisəni törədən şəxslərin aşkar olunması üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilib.
Bildirilib ki, həmin şəxslər müəyyən edildikdən sonra sərt tədbirlər görüləcək.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...