Astroloqun 3 ay əvvəlki proqnozu hər kəsi ŞOK ETDİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya Çinin Uhan şəhərindən yayılan koronavirus ilə mübarizə apararkən, bu gün baş verənləri proqnozlaşdıran və öncədən görən adlar önə çıxmaqda davam edir.
BAKU.WS xəbər verir ki, 2019-cu ilin dekabr ayının 31-də Habertürk TV-də yayımlanan "Teke tek" proqramında astroloqlar Hande Kazanova, Öner Döşer və Dinçer Günerin 2020-ci il üçün verdiyi
" rel="external noopener noreferrer">proqnozlar il başlanandan öz təsdiqini tapır.
Günerin öncəgörmələri isə insanları daha çox təəccübləndirib. O, 2020-ci ildə insanların çətin bir dönəmdən keçəcəyini, insanların əyləncədən uzaq olacağını bildirib:
"Yeni dünya nizamına keçmək üçün köhnənin işə yaramadığı ortaya çıxacaq. Bu, çox narahat, problemlərlə və böhranla dolu bir proses olacaq. Bəli, yeni bir dünya nizamına keçid var, amma əvvəlcə keçmişdəki böhranlar və çətinliklər aradan qaldırılmalıdır".
Astroloq Çinin 2020-ci ildə əhəmiyyətli bir gücə çevriləcəyini söyləyib:
"Çin 2020-ci ilin tarix səhnələrində gücünü göstərməyə başlayacaq. Xüsusilə Rusiya daha güclü olacaq, amma düşünürəm ki, Çin bu nöqtədə daha güclü olacaq. Astroloji hesablamalar göstərir ki, Çin liderliyi ələ alacaq.
Qarşıdakı dövrdə Amerikanın torpaq itirdiyi bir dövrə girəcəyik. Amerika bu müddətdə ciddi bir problem içində olacaq".
Oxşar xəbərlər
ÜST koronavirusla bağlı bunlara inanmamağa çağırır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVID-19) bağlı yayılan əfsanə, şayiə və yalan məlumatlarla bağlı ictimaiyyətə tövsiyələr verib. BAKU.WS “repor...