Astaranın tarixi hamamı yararsız vəziyyətdədir
Astaranın Ərçivan qəsəbəsində yerləşən tarixi hamam baxımsız vəziyyətdədir.
Təmirə ehtiyacı olan memarlıq abidəsi haqqında məlumat verən qəsəbə sakini Allahverən Əsədulla hamamın yumurta sarısı ilə inşa edildiyini bildirib:
"Bu hamamın kərpici heç vaxt qopmaz. Onu qızdırmaq üçün meşə odunundan istifadə olunurdu. Hətta qonşu kənddən də bu hamama gəlirdilər".
O əlavə edib ki, hamam beş gün kişilər, iki gün isə qadınlar üçün fəaliyyət göstərib.
"Bir sakinimiz var idi. Şeypur çalardı və bilinərdi ki, hamama qadınlar, yoxsa kişilər gəlməlidir. Hamamın iki girişi olub. Bir tərəfdən kişilər, digərindən isə qadınlar istifadə edirdilər".
Daha ətraflı Baku TV-nin materialında:
Oxşar xəbərlər
Əfv sərəncamının icrasına başlanılıb
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı Sərəncam Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində icra...