"ASAN xidmət" şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı xidmət saatlarını uzadıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı, Sumqayıt və Gəncə "ASAN xidmət" mərkəzlərində vətəndaş müraciətlərinin daha çox olduğu şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı xidmət saatlarına dəyişiklik edilib.
Bu barədə BAKU.WS-ə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən həmin mərkəzlərdə müvafiq xidmətlə bağlı həftənin beş günü saat 09:00-dan 20:00-dək fasiləsiz növbə sistemi fəaliyyət göstərir.
Beləliklə, vətəndaşların müraciət çoxluğu nəzərə alınaraq xidmət vaxtı uzadılıb.
Eyni zamanda vətəndaş məmnunluğunun və operativliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə birgə xidmət prosesində təkmilləşdirmə işləri aparılır.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...