Aprelin 20-dən sonra xaricdə olan vətəndaşlar Azərbaycana gələ biləcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 20-dən sonra xaricdə olan vətəndaşlar Azərbaycana gələ biləcəklər.
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Operativ Qərargah sərhədlərin açılması barədə düşünür:
"Karantin yerlərimiz dolduğu üçün sərhədlər bağlandı. Aprelin 20-dən sonra xaricdən həftədə 300-400 nəfər qəbul etmək imkanı yaradılacaq.
Əsasən Rusiyadan gələnlər gözlənilir. Bunun üçün ayın 17-dən "Evə gedirəm" portalı fəaliyyətə başlayacaq. Rusiyadan gəlmək istəyənlər bu portalda qeydiyyatdan keçə bilərlər.
Aprelin 20-dən sonra bu prosesə başlanacaq. Bundan sonra Türkiyə və digər ölkələrdən də tədricən vətəndaşlar ölkəyə gətirilə bilər. Gətirilən şəxslər 14-21 gün müddətinə karantində saxlanılacaq".
Oxşar xəbərlər
Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...