Aprel qazisi çıxılmaz vəziyyətdə - FOTO
13
noy
2018
15:31
2016-cı ildə Aprel doyüşlərində iştirak edən Elşən Əzimov müalicə ala bilməməsindən şikayətlənir. Bu haqda o, BAKU.WS-ə məlumat verib. Belə ki, Elşən Əzimov 2016-cı ilin 4 aprel tarixində düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, yüngün dərəcədə xəsarətlər alıb. Onun sözlərinə görə, artıq onun ayaqlarında və sağ əlində də problem yaranıb. O, əsanın köməyi olmadan hərəkət edə bilmir. E. Əzimov Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsi ilə bağlı ona xaricə göndəriş verilməməsindən də şikayətçidir. BAKU.WS
Oxşar xəbərlər
Bakıda qatarla avtobusun toqquşması zamanı xəsarət alanlardan daha 1 nəfər öldü
Oktyabrın 1-də Bakının Xəzər rayonu, Binə qəsəbəsindəki dəmir yolu xəttində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 1 nəfəri düny...