ANS-in tezliyində yeni TV yayıma başladı (FOTO)

ANS-in tezliyində yeni TV yayıma başladı (FOTO)
Sosial 5141

 

MTRŞ-nın şikayəti əsasında məhkəmənin hökmü ilə bağlanan və lisenziyası əlindən alınan ANS TV-nin tezliyini yeni telekanal yayımlanmağa başlayıb.

Azxeber.com-un məlumatına görə, artıq bir neçə gündür ki, axşam saatlarından etibarən Azərbaycan ərazisində "Günəş TV" yayımlanmağa başlayıb.

Maraqlıdır ki, "Günəş TV" ANS TV-nin tezliyində yayımlanır. Hələ ki, yalnız kinolar yayımlanan TV bu gün "Cəsus uşaqlar-2" filmini yayımlayıb. 

Qeyd edək ki, ölkənin ilk uşaq kanalı olan "Günəş TV" 01 aprel 2015-ci il tarixindən şimal bölgəsində yayıma başlayıb. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən "Günəş TV”-nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verlişlər və filmlər yayımlanır.

Son bir neçə gündür ki, "Günəş TV" ümumrespublika yayımında və ANS TV-nin tezliyində efirə gedir.

BAKU.WS

Oxşar xəbərlər

Rəsədxana: İyulun 29-30-da geomaqnit qasırğası gözlənilir

Rəsədxana: İyulun 29-30-da geomaqnit qasırğası gözlənilir

Ötən gün Yerdə geomaqnit həyəcanlaşmaları qeydə alınb. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə di...

1425 Hadisə 19:23 25 iyul 2016

Son xəbərlər