Anar Məmmədovun Hadisəyə aldığı çimərlik FOTO

Anar Məmmədovun Hadisəyə aldığı çimərlik FOTO
Sosial 6390
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur türkiyəli müğənni Hadisə üçün aldığı plyaj dağıdılıb. Hadisə Türkiyənin Bodrum şəhərində qeydə alınıb.Müğənni Hadisəyə aid "La Plaj” məhkəmə qərarı ilə dağıdılıb. Səbəb isə, plyajın qanunsuz salınması olub. Plyaja aid sənədləri məhkəməyə təqdim edə bilməyən Hadisənin "La Plaj”ı verilmiş müddət başa çatdığından dağıdılıb.Türk mediasının yazdığına görə, hadisənin "La Plaj”ı müğənni həmkarı Hande Yenerin Bodrumdakı obyekti ilə rəqabətdə imiş. Bu olayın ardından jurnalistlərə açıqlama verən H.Yener ironiya ilə bildirib ki, oraların sahibi odur: "Başqaları obyekt açıb bilirsiniz. Amma, buraların sahibi mənəm”."La Plaj” 2016-ci ildə tikilib. Obyektin ilk sahibi Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, işadamı Anar Məmmədov olub. O, bu obyekti Hadisə Azərbaycana gələndə ona hədiyyə edib. O vaxt obyektin sənədləşməsi tam başa çatmayıbmış. 2017-ci ildə Bodrum şəhər bələdiyyəsi ictimai yerə aid ərazinin zəbt edilməsi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı müğənni Hadisədən obyektin sənədlərini təqdim etməsi tələb olunub. İş adamı Anar Məmmədovdan "La Plaj”ın sənədlərini ala bilməyən Hadisə son məhkəmə prosesində şokla üzləşib. Bodrum şəhər məhkəməsi obyektin qanunsuz olması səbəbi ilə dağıdılması haqqında qərar çıxarıb.Məlumata görə ümumiyyətlə, "La Plaj”ın tikildiyi gündən sənədləri qaydasında olmayıb. Anar Məmmədova bu obyekti türkiyəli dostu satıb. Eks-nazir oğlunun Bodrumdakı obyekti isə təkcə "La Plaj” deyil. Onun burada 5 ulduzlu bir neçə otelinin olduğu deyilir.
Anar Məmmədovun Hadisəyə aldığı çimərlik FOTO
Anar Məmmədovun Hadisəyə aldığı çimərlik FOTO
Anar Məmmədovun Hadisəyə aldığı çimərlik FOTO
Anar Məmmədovun Hadisəyə aldığı çimərlik FOTO
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Anar Məmmədovla Ərdoğan Alişanın toyunda - FOTO + VİDEO

Anar Məmmədovla Ərdoğan Alişanın toyunda - FOTO + VİDEO

Azərbaycanın eks nəqliyyat naziri Ziya Məmmədovun məşhur oğlu Anar Məmmədov İstanbulda üzə çıxıb.BAKU.WS-in məlumatına görə, ötən həftə 25 milyon manata Böyük B...

15979 Şou-biznes 09:17 07 may 2018

Son xəbərlər