Ziya Məmmədov oğlundan danışdı: "Anarın işləri ilə məşğul olmuram"

Ziya Məmmədov oğlundan danışdı: Anarın işləri ilə məşğul olmuram
Siyasət 1732

Sabiq nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovun əmlakına məhkəmə qərarı ilə həbs qoyulması ilə bağlı məsələdən danışıb.

BAKU.WS xəbər verir ki, o, gununsesi.info-ya bildirib ki, informasiyadan xəbərsizdir: "Mən bilmirəm söhbət nədən gedir. Oğlumun fəaliyyəti, daha doğrusu işləri ilə məşğul olmuram. Ona görə də mən bu sualı cavablandıra bilməyəcəm”.

Xatırladaq ki, Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulması haqda məlumat yayılıb. Bu qərar "Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apelyasiya şikayətindən imtina edib.

BAKU.WS 

Oxşar xəbərlər

Ziya Məmmədovun oğlunun əmlakına həbs qoyuldu

Ziya Məmmədovun oğlunun əmlakına həbs qoyuldu

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs qoyulub. BAKU.WS "Azadlıq" radiosuna istinadən xəbə...

9275 Sosial 10:31 25 mart 2017

Son xəbərlər