Ziya Məmmədovun qardaşı DANIŞDI: "Bunu gözləmirdik..."

Ziya Məmmədovun qardaşı DANIŞDI: Bunu gözləmirdik...
Siyasət 3767
 

"Ziya Məmmədov 20 il bu vəzifədə olub və bu müddətdə ölkə rəhbəri və onun apardığı siyasi kursa canı,qanı ilə xidmət edib".

BAKU.WS xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında sabiq millət vəkili Elton Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun vəzifədən çıxarılmasına münasibətində deyib. O, nəinki Ziya Məmmədovun vəzifədən çıxarılmasını, hətta öz ölümünün də gözlənilən olduğunu dedi:

"Mən öz ölümümə də hazıram. Bunu gözləmirdik. Ölkə rəhbəri qərar verir. Qərarın sahibi ölkə rəhbəridir. Bu məsələ müzakirə olunmur.”

Elton Məmmədov Ziya Məmmədovun ilk Azərbaycanın Nəqliyyat naziri kimi tarixdə qaldığını bildirib:

"Tarix olanı, elm mümkün olanı, fəlsəfə isə olmalı-olanı müzakirə etməli və onu araşdırmalıdır. Ziya Məmmədov 20 il bu vəzifədə olub və bu müddətdə ölkə rəhbəri və onun apardığı siyasi kursa canı,qanı ilə xidmət edib. Hər birimiz o inkişafı görüb, qiymətləndiririk. Ölkə rəhbəri kimi vəzifədən azad edib, kimi təyin edəcəksə, bu müzakirə oluna bilməz.”

BAKU.WS

Oxşar xəbərlər

Ziya Məmmədovun oğlu ortaya çıxdı (FOTO)

Ziya Məmmədovun oğlu ortaya çıxdı (FOTO)

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Instagram hesabından yeni şəkillərini paylaşıb. BAKU.WS-in məlumatına görə, nazir oğlunun son paylaşımları...

4181 Şou-biznes 10:36 25 oktyabr 2016

Son xəbərlər