AMEA-dan Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir.
“AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”, - məlumatda qeyd edilib.
*** 11:01
AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub.
BAKU.WS "demokrat.az"-a istinadən xəbər verir ki, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır.
Vəziyyətinin ağır olduğu bildirilir.
Məlumatı dəqiqləşdirmək üçün AMEA ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilməyib.
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...