Şagirdi intihar edən məktəbin direktoru ilə bağlı YENİ FAKTLAR
09
apr
2019
11:17
Bakıda şagirdi intihar edən 162 saylı məktəbin direktoru Sevinc Abbasova ilə bağlı yeni faktlar üzə çıxıb.BAKU.WS buta.media-ya istinadən xəbər verir ki, intihar edən şagirdə "pozğun ailənin uşağı" damğasını vuran qəhrəman direktorla bağlı bundan öncə də şikayətlər olub.Belə ki, yerli KİV-də 2019-cu ilin fevral aynda Sevinc Abbasova ilə məcburi köçkün ailəsi arasında qalmaqal yaşanıb. Belə ki, S. Abbasova həmin məktəbdə oxuyan məcburi köçkün Səbahət Mehdiyevanın övladını 9-ci sinif şagirdini mütəmadi olaraq təhqir edib.Bu səfər də direktor əxlaq normalarını ortaya gətirərək məktəbli qıza bildirib ki, "bəs sən niyə oğlanla bir yerdə oturursan?". Həmçinin oxu: İntihar edən məktəbli rəfiqəsinin fəryadı: Mənin sevgilim, mənim həyatım...S. Mehdiyeva məktəb direktorundan şikayət edərək bildirib ki, S. Abbasova onun qızını məktəbdən qovmaq istəyib:"Qızım əlaçıdır, şərəf lövhəsində də fotosu var. Həmin sinifdəki iyirmi uşağın hamısını direktor gözümçıxdıya salmışdı. Qayınatam Təhsil Nazirliyinə zəng vurdu. Bundan sonra direktor bizimlə düşmən oldu.Bundan əvvəl də beşinci sinifdə oxuyan oğlumun sənədləri üstümə tullamışdı. Demişdi ki, sən məcburi köçkünsən, apar uşağın məcburi köçkün məktəbində oxusun, burada oxumağa haqqı çatmır. Mən də uşaqlarımı aparıb Zəngilan məktəbinə qoydum".Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib. Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.BAKU.WS
Oxşar xəbərlər
İntihar edən məktəbli dəfn olundu - Məzarından FOTOLAR
Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbin şagirdi Elina Hacıyeva özünü məktəbin 5-ci mərtəbəsindən ataraq intihar edib.BAKU.WS BiG.AZ-a istinadla xəbər ver...