Agentlik Xəzərdəki gəmilərə xəbərdarlıq etdi
04
apr
2026
23:42
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
BAKU.WS agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 5-i gündüzdən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi aprelin 6-sı axşam saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində qaz kəsiləcək
Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. "Qaz İxrac"...