Ağdaşın yeni icra başçısı kollektivə təqdim edilib
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, təqdimat Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən edilib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edərək ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Xatırladaq ki, Orxan Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 1-də imzaladığı sərəncama əsasən, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Oxşar xəbərlər
Noyabr ayında immuniteti gücləndirən ən faydalı qidalar
Soyuq havaların başlaması ilə orqanizmin immunitetini güclü saxlamaq daha da önəm qazanır. Mütəxəssislər noyabr ayında mövsümə uyğun qidaların qəbul edilməsini...