Ağcabədi sakini: "Sudan çox korluğumuz var, zülm çəkirik"

Ağcabədi rayonunun Poladlı kənd sakinləri uzun müddətdir davam edən su problemi ilə üz-üzədirlər.
Onların sözlərinə görə, kəndin böyük hissəsinə illərdir su verilmir. Sakinlər bildirirlər ki, ərazidə su quyusu qazılıb, elektrik xətti çəkilib, su çənləri də mövcuddur.
Lakin bütün infrastruktur olsa da, xətləri birləşdirərək suyu evlərə ötürəcək qurum tapılmır.
Məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət olunsa da, hələlik heç bir nəticə əldə edilməyib.
"Sudan çox korluğumuz var, zülm çəkirik. Dörd ildir quyu hazırdır, ancaq istifadəyə vermirlər. Bəs biz nə edək?!", - deyə sakinlərdən biri narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyi açıqlama verərək problemin onlarda da qeydə alındığını, lakin yaxın zamanda həllinin gözlənilmədiyini bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda bu küçədə sürücülər TƏNGƏ GƏLİB - Avtomobillərini şarj edə bilmirlər
Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində (Baku City MTK-nın qarşısı) quraşdırılmış elektrik avtomobilləri üçün şarj stansiyasından istifadə etmək mümkün olm...
