Ağ Şəhərdə avtobus zolağı ilə bağlı PROBLEM – Vətəndaş şikayət edir
08
sen
2025
11:20
Bakının Ağ Şəhər ərazisindən Babək prospektinə çıxan yolda avtobus zolağı ilə bağlı problem yaşanır.
Bu barədə BAKU.WS-ə vətəndaş məlumat verib.
Şikayətə görə, ərazidə quraşdırılan hasar səbəbindən avtobus zolağına daxil olma saatı tam görünmür. Ağ Şəhərdən Babək prospektinə çıxan kimi hasarı elə çəkiblər ki, avtobus zolağına daxil olma saatı yarımçıq görünür.
Qeyd edək ki, avtobus zolaqlarında hərəkət vaxtı qaydaların düzgün tətbiqi və sürücülərin məlumatlılığı üçün xüsusi əhəmiyyət daşıyır.
BAKU.WS məsələ ilə bağlı aidiyyatı quruma müraciət edib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bakıda bu bazar SÖKÜLÜR
Bakıda "Təkər aləmi" kimi tanınan bazar sökülür. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, uzun illərdir burada çalışan sahibkarlar artıq ərazini tərk etməl...