ADY Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində stendlə təmsil olunur
"AZCON Holding"in şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində ("TransLogistica Caspian") xüsusi stendlə təmsil olunur.
BAKU.WS ADY-yə istinadən xəbər verir ki, iyunun 4-dək davam edəcək sərgidə səhmdar cəmiyyətin stendinə yaxınlaşan ziyarətçilər ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, ADY-nin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumat ala bilərlər.
Bildirilib ki, sərgidə ziyarətçilər ADY-nin pavilyonuna böyük maraq göstərir.
Qalereya
Oxşar xəbərlər
Ev alan vətəndaşlar çıxılmaz vəziyyətdə: "Üç ildir buradayıq, indi gəlib çıxarırlar"
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin İlqar Musayev küçəsində yerləşən yeni tikili binadan mənzil alan bir qrup sakin çətin vəziyyətlə üzləşib. Köçdükd...