ABŞ sakini peyvənddən bir neçə saat sonra öldü
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-da koronavirusdan peyvənd olunan şəxs bir neçə saat sonra dünyasını dəyişib.
“Report” “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə Kaliforniyanın Pleyser dairəsi şerifinin ofisi bildirib.
Hakimiyyət orqanları qeyd ediblər ki, dekabrın sonunda həmin şəxsdə COVID-19 aşkarlanıb. O, dairənin tibb müəssisəsində peyvənd olunmayıb.
Hadisədən dərhal sonra bir neçə agentlik həm yerli, həm də federal səviyyədə ölümün baş verməsi səbəbinin araşdırılması ilə məşğul olmağa başlayıb. Ölümün dəqiq səbəbi istintaqın tamamlanmasına qədər açıqlanmayacaq.
Onun “Moderna” və ya “Pfizer/BioNTech” preparatından peyvənd edildiyi məlum deyil.
Oxşar xəbərlər
Diqqət! Koronavirusa qarşı peyvənddən əvvəl və sonra BUNLARI ETMƏYİN - VACİB MƏLUMATLAR
Yaxın günlərdə ölkəmizdə koronavirusa qarşı peyvəndlənməyə başlanılacaq. Peyvənddən əvvəl və sonra bəzi qaydalara əməl etmək lazımdır ki, orqanizm bu prosesi da...