Diqqət! Koronavirusa qarşı peyvənddən əvvəl və sonra BUNLARI ETMƏYİN - VACİB MƏLUMATLAR

Diqqət! Koronavirusa qarşı peyvənddən əvvəl və sonra BUNLARI ETMƏYİN - VACİB MƏLUMATLAR
Sosial 2739

Yaxın günlərdə ölkəmizdə koronavirusa qarşı peyvəndlənməyə başlanılacaq.

Peyvənddən əvvəl və sonra bəzi qaydalara əməl etmək lazımdır ki, orqanizm bu prosesi daha asan keçirsin. Bu haqda bir sıra xarici mütəxəssislər öz fikirlərini bildiriblər. BAKU.WS saglamolun.com-a istinadən mütəxəssislərin bəzi vacib tövsiyələri ilə tanış edir.

1. Peyvənddən əvvəlki 3 gün ərzində və xüsusilə peyvənd günü spirtli içkiləri içmək qəti qadağandır.

2. Peyvəndə gedən insanda heç bir soyuqdəymə simptomu (öskürək, qızdırma, zökəm və s.) və həmçinin ishal, qəbizlik və s. olmamalıdır, insan sağlam olmalıdır.

3. İnsanda hər hansı xroniki xəstəlik varsa, xəstəliyin kəskinləşməsi dövründə peyvənd vurdurmaq olmaz.

4. Peyvənddən sonra yarım saat ərzində tibbi müəssisədə qalmaq lazımdır ki, həkimlər peyvənd alan insanın vəziyyətinə nəzarət etsinlər. Çox nadir hallarda olsa da peyvənd agir allergik reaksiya verə bilər ki, bu zaman insana təcili tibbi yardım tələb oluna bilər.

5. Peyvənd günü streslərdən, fiziki gərginliklərdən uzaq durmaq, mümküm qədər sakit və rahat şəraitdə, evdə qalmaq lazımdır.

6. Qidalanma yüngül olmalıdır. Peyvənddən əvvəl və sonra ağır, qızardılmış qidaları və həmçinin allergiyaya səbəb ola bilən məhsulları (sitrus meyvələri, qırmızı rəngdə meyvələr, çərəzlər, balıq, şokolad və s.) qəbul etmək olmaz.

7. Peyvənddən sonra iynə vurulan yerdə bir qədər şışkinlik, ağrı ola bilər. Bu normaldır.

8. Peyvənddən sonra (ilk 3 gün ərzində) bəzi insanlarda qızdırmanın qalxması, baş ağrısı, oynaqlarda ağrılar, yorğunluq kimi simptomlar meydana çıxa bilər. Bu normal sayılır və bir neçə gün ərzində simptomlar yox olur. Əgər simptomlar keçmir və xüsusilə də daha da artırsa, mütləq həkimə müraciət etmək lazımdır.

Son xəbərlər