ABŞ-də evsizlər məcburi şəkildə ruhi xəstəxanalara YERLƏŞDİRİLİR
ABŞ-də evsizlik probleminə qarşı mübarizədə evsizlərin məcburi şəkildə ruhi xəstəxanalara yerləşdirilməsi gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, "Washington Post"un məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi evsizlərin ictimai yerlərdən uzaqlaşdırılması və zorla müalicəyə cəlb olunması yollarını araşdırır. Nazirlik əməkdaşlarına göndərilən məktubda, ciddi psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin razılığı olmadan yerləşdirilməsinin mümkün olub-olmadığı soruşulub.
Kaliforniya ştatının Lancaster şəhərinin meri Reks Parris evsizlərə "istədikləri qədər fentanil (ağrıkəsici maddə) vermək" fikri ilə gündəmə gəlib.
Qeyd edək ki, ABŞ-də 2023-cü ildə 107 mindən çox insan yüksək dozadan ölüb, bunlardan 74 mini fentanil kimi sintetik opioidlərin istifadəsi ilə əlaqələndirilir.
Oxşar xəbərlər
Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan azərbaycanlılar - FOTOREPORTAJ
Azərbaycanda dənizçilik təhsilinin tarixi XIX əsrin sonlarından başlasa da, Azərbaycan Dövlət Dəniz Akademiyasının müstəqillik dövründə yaradılması bu sahənin i...