AAYDA: Siyəzən-Məşrif-Qalaaltı yolunda qəzalı körpünün əvəzinə yeni körpü tikilir

AAYDA: Siyəzən-Məşrif-Qalaaltı yolunda qəzalı körpünün əvəzinə yeni körpü tikilir
Sosial 12

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun 4,8-ci kilometrindən etibarən yenidənqurma və möhkəmləndirmə tədbirləri görülür, sel sularının sıradan çıxardığı suötürücü qurğunun əvəzində metal konstruksiyalı körpü tikilir.

Bu barədə BAKU.WS Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

"Bununla yanaşı, Siyəzən-Məşrif-Qalaaltı avtomobil yolunun 11-ci kilometrində qəzalı hala düşmüş körpünün yerində yeni körpünün inşası davam etdirilir", - açıqlamada bildirilir.

AAYDA qeyd edir ki, əsas məqsəd yolların davamlılığını gücləndiirmək və təhlükəsiz, fasiləsiz nəqliyyat hərəkətini təmin etməkdir.

"İşlər Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında icra olunur", - açıqlamada vurğulanır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər