SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Azərbaycan Hava Yolları" (AZAL) aprelin 15-dən etibarən yerinə yetirilməyə başlanacaq Bakı və Milan arasında reyslərdə aksiyaya başlayıb.
 
AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, aprelin 12-dən iyunun 7-dək olan müddətdə Bakı-Milan-Bakı və Milan-Bakı-Milan marşrutu üzrə iki gediş-dönüş aviabileti alarkən ikinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmayacaq.

Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər. Bundan əlavə, aksiya dövründə Milana uçan AZAL Miles proqramı iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib: https://www.azal.az/az/azal-miles/miles-programme

Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598-88-80; *8880.