SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağacların olduğu məkanlar təbiətə xüsusi gözəllik qatır, ən əsası isə bizə oksigen bəxş edir. Amma qanunda bir cəza növü var ki, ondakı müəyyən məbləğ müqabilində vətəndaşlar istədiyi ağacı kəsə bilirlər. Bu cəza növündən sui-istifadə edərək, təəssüf ki, günümüzdə ağac qatillərinin sayı artıb.

Baku Tv mövzuyla bağlı süjet hazırlayıb.

Belə bir fikir formalaşıb ki, istənilən sahibkar müəyyən ərazidə tikinti aparmaq üçün cərimə ödəmək müqabilində istədiyi ağacı kəsə bilir. Mövcud vəziyyətdə ağacları kəsənlərə qarşı daha sərt tədbirlərin görülməsi doğru olmazmı? Buna münasibət öyrənmək üçün millət vəkillərinə müraciət etdik. Deputat Aqil Abbas bildirdi ki, bu ağacları kəsən şəxslərə yenidən həmin ərazilərdə həmin ağacları əkdirmək lazımdır. Sonra onları məcbur etmək lazımdır ki, həmin ağaclara qulluq etsinlər.

Hətta kimyəvi turşu tökərək ağacları məhv edən insanlar da var. Ona görə də kütləvi şəkildə ağacları məhv edənlərə qarşı çox ciddi addımlar atıla bilər. Millət vəkili Fazil Mustafa isə hesab edir ki, bununla bağlı Milli Məclisdə müzakirələr aparıla bilər.

Mövzu ilə bağlı hüquqşünas münasibətini də öyrəməyə çalışdıq. Hüquqşünas Vamiq Şükürov ağacları kəsən şəxlərə tətbiq olunan cərimə növünü kifayət qədər ağır hesab edir.

BAKU.WS
VİDEO